Menyu

Bakıda son iki ayda yol qəzalarında 25 nəfər ölüb

Nərmin Qocamanlı
Bakıda son iki ayda yol qəzalarında 25 nəfər ölüb
1 dəq oxu

Bakı şəhər DYP İdarəsindən verilən məlumata görə, paytaxt ərazisində cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 62 fakt, qəza nəticəsində ölənlərin sayı 25 nəfər, xəsarət alanların sayı isə 46 nəfər olub.

"Operativ Media" xəbər verir ki, bu barədə 2024-cü ilin iki ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı DYP-nin yaydığı statistik məlumatda bildirilib.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.

Əlaqəli Xəbərlər