Menyu

Xudatda “Kamaz” oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Xudatda “Kamaz” oğurlayan şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən Seymur Qafarzadəni saxlayıblar. Həmin şəxs rayon ərazisində “Kamaz”markalı yük avtomobilini oğurlayıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media" verilən məlumata görə, onun üzərindən psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb.
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı Yusif Mirzəyev də saxlanılıb. Həmin şəxsdən isə narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Faktlarla  bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər