Menyu

Keçmiş "Twitter" rəhbərləri İlon Maska qarşı iddia qaldırıb

Nərmin Qocamanlı
Keçmiş "Twitter" rəhbərləri İlon Maska qarşı iddia qaldırıb

Keçmiş CEO Paraq Aqraval da daxil olmaqla dörd keçmiş "Twitter" meneceri İlon Maska 128 milyon dollardan çox təzminat borcu olduğunu iddia edərək məhkəməyə müraciət ediblər.

 "Operativ Media" xəbər verir ki, Maskın Tviteri (red. indiki "X") əldə etdikdən sonra ilk addımlarından biri CEO Aqraval, maliyyə direktoru Ned Seqal, vəkillər Sean Edgett və Vijaya Qaddeni işdən çıxarmaq olub. İddiaçılar bildiriblər ki, Mask geri çəkilmək istəyərkən onu 44 milyard dollarlıq öhdəliklərə əməl etməsi üçün səy göstərən bu keçmiş rəhbərlərə qarşı xüsusi qəzəb bəsləyir.

Qeyd edək ki, İlon Mask xüsusilə "Twitter"də məzmun moderasiyası qərarlarında iştirak edən Qadda ilə davranışına görə tənqid edilib. "Twitter"i almaq üçün müraciət etdikdən sonra Mask icra başçısını ələ salan memlar yerləşdirərək internetdə irqçi hücumların dalğasına səbəb olub.

Bu, Maskın təzminat ödəməsi ilə bağlı ilk iddia deyil. O, həmçinin keçmiş Tviter işçilərinin ödəniş tələblərinə görə də məhkəmə iddiaları ilə üzləşir. 

İddiaya görə, Mask bu rəhbərlərin işdən çıxarma məktublarında "vəzifə öhdəliklərinin kobud şəkildə pozulması" və "qəsdən kobud pozuntu" törətdiklərini iddia edibi, lakin heç vaxt iddiaları üçün sübut təqdim etməyib.

Teqlər:

"Ke\u00e7mi\u015f \"Twitter\" r\u0259hb\u0259rl\u0259ri \u0130lon Maska qar\u015f\u0131 iddia qald\u0131r\u0131b"

Əlaqəli Xəbərlər