Menyu

Çində "Apple" smartfonlarının satışı 24% azalıb

Nərmin Qocamanlı
Çində "Apple" smartfonlarının satışı 24% azalıb

Bu ilin ilk altı həftəsində Çində "Apple" smartfonlarının satışı 24% azalıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Counterpoint Research" məlumat yayıb.

Əgər 2023-cü ilin əvvəlində Amerika şirkəti Çin bazarında lider idisə, indi orada yerli istehsalçılardan geri qalaraq yalnız dördüncü yeri tutur.

Bazar payı 17,6% olan "Vivo" ay yarımın nəticələrinə görə bazarda lider olub. Ondan sonra "Mate 60 Pro"nun təqdimatı sayəsində satışları 64% artıran "Huawei" (16,5%) və "Honor" (16,3%) gəlir. "Apple"ın bazar payı isə cəmi 15,7% təşkil edir.

Ümumiyyətlə, Çin smartfon bazarı nəzərəçarpacaq dərəcədə azalır. İlin ilk altı həftəsində satışlar illik müqayisədə 7% azalıb və "Huawei"dən başqa, əsas istehsalçılar arasında yalnız "Honor" 2 faizlik satış artımına nail olub. 

Teqlər:

"\u00c7ind\u0259 \"Apple\" smartfonlar\u0131n\u0131n sat\u0131\u015f\u0131 24% azal\u0131b"

Əlaqəli Xəbərlər