Menyu

ABŞ rəsmiləri Çinə süni intellekt sürətləndiriciləri satılmasına mane olurlar

Nərmin Qocamanlı
ABŞ rəsmiləri Çinə süni intellekt sürətləndiriciləri satılmasına mane olurlar

Çip istehsalçısı Advanced Micro Devices Inc. (AMD) Çin bazarı üçün xüsusi olaraq hazırlanmış süni intellekt çipini satmaq istəyərkən ABŞ hökumətinin çətinlikləri ilə üzləşib.

"Operativ Media"xəbər verir ki, bu, Çinə qabaqcıl texnologiyaların ixracına məhdudiyyətlərin sərtləşdirilməsi çərçivəsində baş verib.

AMD öz süni intellekt çipini Çinli müştərilərə satmaq üçün ABŞ Ticarət Nazirliyindən icazə almağa çalışıb. Lakin ABŞ rəsmiləri şirkətə bildiriblər ki, çip hələ də çox güclüdür və onu satmaq üçün Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosundan lisenziya tələb olunur.  AMD-nin lisenziya üçün müraciət edib-etmədiyi hələlik bəlli deyil.

ABŞ Pekinin hərbi üstünlük əldə edəcəyindən ehtiyat edərək, Çinin süni intellekt modelləri yarada bilən qabaqcıl yarımkeçiricilərə çıxışını məhdudlaşdırmağa çalışır. Qeyd edək ki, ABŞ prezidentinin administrasiyası ilk ixrac məhdudiyyətlərini 2022-ci ildə tətbiq edib.

Teqlər:

"AB\u015e r\u0259smil\u0259ri \u00c7in\u0259 s\u00fcni intellekt s\u00fcr\u0259tl\u0259ndiricil\u0259ri sat\u0131lmas\u0131na mane olurlar"

Əlaqəli Xəbərlər