05 Mart 2024, 17:05
Çirkli hava beyin üçün təhlükə yaradır
Çirkli hava beyin üçün təhlükə yaradır şəkil
Çirkli hava beyin üçün təhlükə yaradır

Sidney Texnologiya Universitetinin alimləri çirkli havada tapılan maqnit hissəciklərinin Alzheymer xəstəliyinə səbəb ola biləcəyi üçün təhlükəli olduğunu aşkar ediblər. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Environment International" jurnalında dərc olunub.

Əvvəlki araşdırmalar göstərib ki, havanın yüksək səviyyədə çirkli olduğu ərazilərdə yaşayan insanların Alzheymer xəstəliyinə tutulma riski daha yüksəkdir. Dəmir oksidi birləşməsi olan maqnit də Alzheymer xəstəliyindən əziyyət çəkən insanların beynində böyük miqdarda tapılıb.

Təcrübə zamanı genetik olaraq Alzheymer xəstəliyinə meylli, sağlam siçovullar və siçanlar dörd ay ərzində dəmir, maqnetit və dizel karbohidrogenlərinin çox incə hissəciklərinə məruz qalıblar. 

Alimlər aşkar ediblər ki, maqnetit Alzheymer xəstəliyinin ən davamlı patologiyalarına səbəb olur.

Patologiyalar arasında yaddaş üçün vacib beyin bölgəsi olan hipokampusda və duyğulardan gələn siqnalların işləndiyi somatosensor korteksdə neyron hüceyrələrin itirilməsi var. Alzheymer xəstəliyinə meylli olan siçanlarda amiloid lövhələrinin əmələ gəlməsinin artması müşahidə olunub.

Maqnetit kifayət qədər ümumi hava çirkləndiricisidir. O, yüksək temperaturlu yanma prosesləri, avtomobillərin işlənmiş qazları, meşə yanğınları, kömürlə işləyən elektrik stansiyaları, həmçinin əyləc bəndlərinin sürtünməsi və mühərrikin aşınması nəticəsində yaranır.

Son xəbərlər
Cüdo üzrə dünya çempionatının ilk günündə 3 Azərbaycan cüdoçusu mübarizə aparacaq
İsrail Hərbi Hava Qüvvələri Natanzdakı nüvə obyektini tamamilə dağıdılıb
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib
Misir hava limanlarını yüksək hazırlıq vəziyyətinə gətirilib
Cənubi Kipr Rum Administrasiyası ilə İsrail arasında uçuşlar dayandırılıb
Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib
İsrailin İrana hücumu nəticəsində neft qiymətləri 7 faizdən çox artıb
Azərbaycan XİN: İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlardan narahatıq