Menyu

"Facebook"dakı nasazlıq aradan qaldırılıb - YENİLƏNİB-2

"Facebook"dakı nasazlıq aradan qaldırılıb - YENİLƏNİB-2

Azərbaycanda META koorporasiyasına məxsus "Facebook" sosial platformasının fəaliyyətində yaranan problemlər aradan qaldırılıb. 

"Operativ Media" xəbər verir ki, problemlər əsasən hesabların yenilənməməsi və hesablara giriş edilməsinin mümkünsüzlüyü ilə yadda qalıb. 

Hazırda istifadəçilər hesablarına giriş edə və platformadan istifadə edə bilirlər.

***

20:32

Məlumat üçün bildiririk ki, hazırda “Facebook”və “İnstagram” sosial şəbəkələrində problem yaranıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, sözügedən problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib. Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur. 

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.

***

20:01

Hazırda Azərbaycanda META koorporasiyasına məxsus "Facebook" və "İnstagram" sosial platformalarının fəaliyyətində müəyyən problemlər yaşanır. 

"Operativ Media" xəbər verir ki, problemlər əsasən hesabların yenilənməməsi və hesablara giriş edilməsinin mümkünsüzlüyü ilə yadda qalıb. 

Hələlik şirkətdən rəsmi açıqlama yoxdur. 

Teqlər:

"\"Facebook\"dak\u0131 nasazl\u0131q aradan qald\u0131r\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B-2"

Əlaqəli Xəbərlər