Bakı metrosunda QR bilet istifadəçilərinin sayı artıb
Nərmin Qocamanlı
Ötən ilin sonuncu günü Bakı metropoliteninin bütün stansiyalarında istifadəyə verilən QR biletlə ödəniş sistemindən istifadə edənlərin sayı artıb. Fevral ayı ərzində 148 min 025 sərnişin məhz bu üsulla ödənişə müraciət edib.
“Bakı Metropoliteni” QSC-dən "Operativ Media"ya bildirilib ki, QR biletlə ən çox ödəniş “28 May” stansiyasında qeydə alınıb –14 min 216 sərnişin. Bu üsulla ən çox gedişhaqqı fevralın 27-si qeydə alınıb – 6 min 858 nəfər. Ümumiyyətlə, yalnız iş günlərini əsas götürsək, fevralın 1-də 4 823 nəfər QR bilet sistemindən istifadə etmişdisə, ayın 19-dan sonra hər iş günü istifadəçilərin sayı 6 min nəfərdən artıq olub. Cəmi iki ay istifadəyə verilməsinə baxmayaraq, elektron qaydada gediş haqqına etibar edənlərin sayı artır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net