http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

MN ehtiyatda olan tibb xidməti zabiti ilə bağlı yayılan xəbərlərə cavab verib

13 Dekabr 2022 , 18:21
MN ehtiyatda olan tibb xidməti zabiti ilə bağlı yayılan xəbərlərə cavab verib

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Əhməd İsaq oğlunun bəzi elektron kütləvi informasiya vasitələrində “Müharibə Veteranı” adının verilməsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq Müdafiə Nazirliyindən bildirilib:

 

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Əhməd İsaq oğlu Vətən müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaqda yerləşən hərbi hissədə xidmət etmişdir. Bu səbəbdən Ə.Əliyevə “Müharibə veteranı” adının verilməsinin Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə zidd olması barədə onun özünə bildirilmişdir. Lakin Ə.Əliyev və onun kimi bir neçə vətəndaş internet üzərindən məsuliyyəsiz çıxışları ilə ictimaiyyətdə çaşqınlıq yaradaraq aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin qeyri-qanuni həllinə nail olmağa çalışırlar.

Müdafiə Nazirliyinin dəfələrlə müraciət etməsinə baxmayaraq bəzi internet media saytlarının əməkdaşları müvafiq qanunvericiliyin tələblərini bilmədən, əsassız iddiaları dəqiqləşdirmədən ictimai müzakirəyə çıxarmaqla Müdafiə Nazirliyinin işgüzar nüfuzuna xələl gətirməyə cəhd edirlər.

Müdafiə Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada verilən cavabla qane olmayan bəzi vətəndaşların qeyri-peşəkar kütləvi informasiya vasitələrindən sui-istifadə edərək əsassız iddialarına haqq qazandırmağa çalışmaları təəssüf doğurur.

OXŞAR XƏBƏRLƏR
143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

XƏBƏR LENTİ
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
  • 17:49

    Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
Menyu