Menyu

Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə aparılıb

Nərmin Qocamanlı
Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə aparılıb
1 dəq oxu

Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəlinin Parisə gətirilməsi və səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.

"Operativ Media" xəbər verir ki,  martın 4-də Evian şəhərindən götürülən heykəl bu gün Mədəniyyət Mərkəzinə çatdırılıb.

Məlumata görə, heykəl götürülərkən üzərindəki örtük açılıb. Müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atılmaqla yanaşı - heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrə qırmızı boya çəkilib - onun özünə də zərər verilib. Belə ki, heykəlin burnu və barmaqları qırılıb.

Əlaqəli Xəbərlər