Hacı Zeynalabdin qəsəbəsində yerləşən köhnə bina söküləcək
Nərmin Qocamanlı
Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli şəhər xəstəxanasının köhnə binası söküləcək.
"Operativ Media" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, binanın sökülərək onun yerinə müasir tipli yeni müəssisənin tikintisi ilə bağlı seçilmiş ərazinin yerquruluşu planı hazırlanıb, Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə zəruri məsələlər müzakirə olunub və yerində baxış keçirilib.
Teqlər:
"Hac\u0131 Zeynalabdin q\u0259s\u0259b\u0259sind\u0259 yerl\u0259\u015f\u0259n k\u00f6hn\u0259 bina s\u00f6k\u00fcl\u0259c\u0259k"