Məktəblərdə niyə kişi müəllimlərin sayı azdır?

Nərmin Qocamanlı
Məktəblərdə niyə kişi müəllimlərin sayı azdır?

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82 faizindən çoxunu qadınlar təşkil edir.

Bəs bunun səbəbləri nədir?

“Operativ Media”ya açıqlama verən təhsil eksperti Elşən Qafarov deyir ki, dünya ölkələrində də təhsil sektorunda çalışan xanımların sayı artmaqdadır. Ancaq elə ölkələr də var ki, ibtidai təhsili sırf kişi müəllimlər tədris edir. Bu isə Şərq və Qərb mədəniyyətlərinin sivilizasiyası ilə əlaqəlidir.

“Biz şərq cəmiyyətində yaşayırıq. Tərbiyənin başında əsasən ata, yəni kişi durur. Düşünürəm ki, kişi müəllimlərin təhsil müəssisələrində olması çox vacibdir. Bu gün Azərbaycan məktəblərində kişi müəllimlərin sayının əsas azlığı daha çox ailənin yükünün kişilərin üzərinə düşməsi ilə bağlıdır. Şəhər yerlərində rejimli və gəlirli işdə çalışmaq istəyi bəylərdə daha çoxdur. Nəticə etibarilə onların məktəbə gəlməsi və məktəbdə müəllim kimi işləməsi ilə bağlı çətinliklər var”.

Ekspert deyir ki, məktəblərdə kişi müəllimlərin olması şagirdlərdə kişi obrazının formalaşmasına ciddi təsir edir:

“Bir kişi müəllimin addımları onun həmcinsi olan şagirdlərdə həm də nümunə formalaşdırır. Eyni qaydada bu, xanımlarda da belədir. Burada önəmli olan şəxsiyyətin formalaşmasıdır. Şəxsiyyətin də formalaşmasında mütləqdir ki, şagird cəmiyyətdə iştirakçı olan bütün cinslərlə tanış olsun. Onlar bilməlidirlər ki, kişinin cəmiyyətdə rolu nədir, qadının cəmiyyətdə rolu nədir? Şagirdlər arasında aqressiv davranışların və cinayətə meyilli hadisələrin baş verməsini də dolayı yolla məktəblərdə kişi müəllimlərin azlığı ilə əlaqələndirmək olar”.

Digər xəbərlər