Menyu

Bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən Naxçıvan sakini saxlanılıb

Nərmin Qocamanlı
Bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən Naxçıvan sakini saxlanılıb

Naxçıvan polisi  tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən Naxçıvan şəhər sakini  Murad Quliyev saxlanılıb.

Bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Operativ Media"ya məlumat verilib.

O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə  pulunu mənimsəyib. Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036  545-08-03,  545-28-96) əlaqə nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı araşdırma aparılır. Həmin şəxsin törətmiş olduğu digər əməllərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Teqlər:

"Bir ne\u00e7\u0259 \u015f\u0259xsi i\u015f\u0259 d\u00fcz\u0259ltm\u0259k ad\u0131 il\u0259 pullar\u0131n\u0131 m\u0259nims\u0259y\u0259n Nax\u00e7\u0131van sakini saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər