Almaniya Xarici İşlər Nazirliyi Rusiyaya səfər etməyi qadağan edib.
"Operativ Media" xəbər veriri ki, bu barədə nazirliyin saytında məlumat yayılıb.
"Rusiya Federasiyasına səyahət qəti şəkildə qadağandır. Həmçinin Ukrayna ilə həmsərhəd bölgələrə (Belqorod, Kursk, Bryansk, Voronej, Rostov, Krasnodar) səyahət etməmək barədə xəbərdarlıq edirik. Rusiya Federasiyasında, o cümlədən Almaniya vətəndaşları və ikili vətəndaşlığı olan Almaniya-Rusiya vətəndaşları üçün əsassız həbs riski var. Ölkə daxilində icazəsiz mitinq və nümayişlərlə əlaqədar təhlükəsizlik qüvvələrinin kütləvi, bəzən zorakı hərəkətləri baş verə bilər”, - məlumatda qeyd olunub.
Bildirilib ki, dəyişiklik vəziyyətin pisləşməsinin davam etməsi, o cümlədən əsassız həbslərin tezliyinin artması səbəbindən edilib.
Teqlər:
"Almaniya X\u0130N Rusiyaya s\u0259f\u0259r etm\u0259yi qada\u011fan edib"