http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Astara, Bərdə, Ucar, Cəlilabad və Quba rayonlarında qanunsuz ağackəsmə faktları aşkarlanıb

14 Dekabr 2022 , 09:20
Astara, Bərdə, Ucar, Cəlilabad və Quba rayonlarında qanunsuz ağackəsmə faktları aşkarlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Astara, Bərdə, Ucar, Cəlilabad və Quba rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Astara rayonunun Şuvi, Bərdə rayonunun Alaçadırlı, Ucar rayonunun Boyat bələdiyyələrinin ərazilərində, Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində meşə fonduna daxil olmayan, həmçinin Quba-Tüləkəran avtomobil yolunun Təkərşıxı kəndi ərazisindən keçən hissəsində və Tüləkəran-Yenikənd avtomobil yolunda telekommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə meşə fonduna daxil olan, ümumilikdə 412 ədəd ağac və kolun kəsilməsi nəticəsində təbiətə 145 min manatdan çox maddi ziyan dəymişdir.


Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə) 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

OXŞAR XƏBƏRLƏR
Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
  • 17:07

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib
  • 17:02

    Bakıda veloyürüş keçiriləcək
  • 16:52

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:51

    Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
Menyu