"SpaceX"in yaratdığı uçan avtomobil istehsalçısı 3 min sifariş alıb
Nərmin Qocamanlı
"SpaceX"in iştirakı ilə yaradılan və şaquli qalxıb enərək uçan avtomobillər hazırlayan Amerika startapı "Alef Aeronautics" 2850 öncədən sifariş alıb.
Futuristik uçan elektrik avtomobili "Alef Model A"nı üçün növbəyə durmaqdan ötrü 150 dollar depozit ödəmək lazımdır. Avtomobilin ümumi dəyəri isə 300 min dollardır.
"Operativ Media" xəbər verir ki, bu barədə şirkətin baş direktoru Jim Duchovny danışıb.
Onun sözlərinə görə, şirkət biznesə hazırdır və sifarişin ümumi məbləği 850 milyon dollar təşkil edib. O, həmçinin qeyd edib ki, 300 min dollar yüksək qiymətdir və "ALEF Aeronautics" hələ startapdır.
"Bu günə qədər əmanətlər ödənilməklə 2850-dən bir qədər çox əvvəlcədən sifarişimiz var ki, bu da bu uçan avtomobili tarixdə ən çox satılan təyyarə halına gətirir. Bu, Boeing, Airbus, Joby Aviation və əksər eVTOL (elektrikli şaquli qalxış və eniş) ilə müqayisədə daha çoxdur", - Duchovny deyib.
Teqlər:
"\"SpaceX\"in yaratd\u0131\u011f\u0131 u\u00e7an avtomobil istehsal\u00e7\u0131s\u0131 3 min sifari\u015f al\u0131b"