İrəvan: Aİİ-dən çıxmaq Ermənistan üçün riskli olacaq
İqtisadi cəhətdən Rusiyadan asılı olan Ermənistan üçün Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq riskli olardı.
"Operativ Media" xəbər verir ki, bu fikri respublikanın maliyyə naziri Vahe Ovannisyan keçirdiyi brifinqdə deyib.
"Bizim Rusiya Federasiyasından müxtəlif sahələrdə: ixrac, idxal, enerji və digər məsələlərdə kifayət qədər böyük asılılığımız var. İstənilən halda, suverenliyimizi gücləndirmək üçün bir nöqtədən asılılıq, o, nə olursa olsun, şaxələndirilməlidir. Məncə Aİİ-dən çıxmaq riskli olardı", - o, jurnalistin təşkilata üzvlükdən imtinanın nəticələri ilə bağlı müvafiq sualına cavab olaraq deyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net