Burbok: Kiyev daha çox uzaqmənzilli silahlar almalıdır
Ukraynada sülh istəyənlər onun özünü müdafiə etməsi üçün bütün imkanları səfərbər etməlidir və Kiyevi daha çox hava hücumundan müdafiə, sursat və uzaq mənzilli silahlarla təmin etməlidir.
"Operativ Media" xəbər verir ki, bunu Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok britaniyalı həmkarı Devid Kemeronla birgə mətbuat konfransında deyib.
"Kim sülhə nail olmaq istəyirsə, Ukrayna üçün bütün imkanlarını səfərbər etməlidir. Bu, konkret olaraq o deməkdir ki, daha çox döyüş sursatı, daha çox hava hücumundan müdafiə sistemi, daha çox uzaq mənzilli silahlar verilməlidir", - o bildirib.
Teqlər:
"Burbok: Kiyev daha \u00e7ox uzaqm\u0259nzilli silahlar almal\u0131d\u0131r"