Böyük Britaniya: Ukraynada sülhün güc yolu ilə əldə olunması vacibdir
Böyük Britaniya “Taurus” qanadlı raketlərinin Kiyevə ötürülməsinin Berlin üçün suveren məsələ olduğunu qəbul edir, lakin London NATO ilə Rusiya arasında birbaşa toqquşmadan qaçmağın tərəfdarıdır. Bununla belə Ukraynada güc yolu ilə sülhə nail olmağı vacib hesab edir".
"Operativ Media" xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Kemeron almaniyalı həmkarı Annalena Barbok ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.
"Uzun mənzilli raketlərə gəlincə, bu qərar Almaniya hökumətindən asılıdır", - Kemeron deyib.
"Əlbəttə, orta və uzun mənzilli raketlər baxımından nə edə biləcəyimizlə bağlı sual var. Bu, hər bir ölkə üçün suveren qərardır" deyən britaniyalı nazir Londonun Storm da daxil olmaqla, silah tədarükünü nümunə kimi göstərib.
"Almaniyada, Avropa qitəsində və dünyada bu münaqişənin sona çatmasını, onun sülh yolu ilə həllini, qitəmizdə sülhü görmək istəyən hər kəs bilməlidir ki, sülh yalnız güc yolu ilə əldə edilə bilər. Mən bu nöqteyi-nəzərdən tamamilə razıyam", - Britaniya diplomatiyasının rəhbəri bildirib.
Teqlər:
"B\u00f6y\u00fck Britaniya: Ukraynada s\u00fclh\u00fcn g\u00fcc yolu il\u0259 \u0259ld\u0259 olunmas\u0131 vacibdir"