ABŞ Kipr vasitəsilə dəniz yoluyla yardım çatdırmaq üçün Qəzzada liman tikəcək
ABŞ administrasiyası Kipr vasitəsilə dəniz yolu ilə anklava humanitar yardım çatdırmaq üçün Qəzza zolağında liman yaratmaq qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi ABŞ-nin fələstinlilərə yardım çatdırmaq təşəbbüsləri ilə bağlı jurnalistlər üçün xüsusi onlayn brifinqdə bildirib.
"Bu gün prezident Co Bayden Birliyin Vəziyyəti ilə bağlı müraciətində ABŞ ordusuna həmfikir ölkələr və humanitar tərəfdaşlarla əməkdaşlıq edərək Qəzzada liman yaratmaq üçün fövqəladə missiya təyin etdiyini elan edəcək", - diplomat qeyd edib.
"İlk tədarüklər Kipr vasitəsilə ABŞ ordusunun və tərəfdaşlar və müttəfiqlər koalisiyasının dəstəyi ilə həyata keçiriləcək. Bu missiyaya cəlb olunacaq qüvvələr artıq regiondadır və ya yaxın vaxtlarda orada yerləşdiriləcək", - deyə rəsmi qeyd edib və təşəbbüsün həyata keçirilməsinin bir neçə həftə çəkəcəyini bildirib.
ABŞ administrasiyasının rəsmisi qeyd edib ki, təşəbbüs Kiprin "Amalthea" adlı təklifinə əsaslanır.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağına humanitar yardımın çatdırılması üçün Kiprdən keçə biləcək dəniz marşrutu hazırlayır.
Teqlər:
"AB\u015e Kipr vasit\u0259sil\u0259 d\u0259niz yoluyla yard\u0131m \u00e7atd\u0131rmaq \u00fc\u00e7\u00fcn Q\u0259zzada liman tik\u0259c\u0259k"