Polis Bərdə sakinlərindən külli miqdarda narkotik vasitə aşkar edərək götürüb

Nərmin Qocamanlı
Polis Bərdə sakinlərindən külli miqdarda narkotik vasitə aşkar edərək götürüb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən güclü təsiredici xassəyə malik natkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri, əvvəllər məhkum edilmişlər Xəyalə Cəfərova və Malik Məmmədov saxlanılıblar. Onların üzərində aparılan şəxsi axtarış zamanı X.Cəfərovadan külli miqdarda heroin və M.Məmmədovdan isə heroin və metamfetamin aşkar edilərək götürülüb.  


Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər