Böyük Britaniya Yəmən sahillərində gəmiyə yeni hücum barədə məlumat verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat yayıb.
"UKMTO Yəmənin Ədən şəhərinin 50 dəniz mili cənub-şərqində baş vermiş insidentlə bağlı məlumatlandırılıb. Səlahiyyətlilər hadisə ilə bağlı vəziyyəti araşdırır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - məlumatda deyilir.
Bildirişdə hadisə "hücum" kimi qeyd olunub.
Teqlər:
"Y\u0259m\u0259n sahill\u0259rind\u0259 Britaniya g\u0259misin\u0259 h\u00fccum olub"