Menyu

Hindistan: Vətəndaşlarımız Rusiya ordusunda iş vədi ilə aldadılıb 

Hindistan: Vətəndaşlarımız Rusiya ordusunda iş vədi ilə aldadılıb 

"Hindistan vətəndaşlarını Rusiya ordusunda "dəstək işləri" təklif edən vasitəçilərə "aldanmamağa" çağırırıq".

"Operativ Media" xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Jaisval deyib.

Jaisval qeyd edib ki, bir qrup hindistanlı aldadılıb Rusiyaya iş vədi ilə aparılıb və həmin vətəndaşlarının təhvil verilməsi üçün Moskva administrasiyası ilə danışıqlar aparırlar.

Bu cür təkliflərlə bağlı ictimaiyyəti xəbərdar edən Jaisal qeyd edib: "Bu vəziyyət təhlükə və həyat riskləri ilə doludur".

Hindistanın Mərkəzi Təhqiqat Bürosu (CBI) dünən ən azı 35 Hindistan vətəndaşının agentlər vasitəsilə Rusiyaya aparıldığını açıqlayıb.

CBI bu şəxslərin döyüş rolları üzrə təlim keçdiklərini və Rusiya-Ukrayna müharibəsində onların iradəsinə zidd olaraq yerləşdirildiyini qeyd etmişdi.

Hindistanın Moskvadakı səfirliyi Rusiya tərəfində döyüşən Hindistan vətəndaşının öldüyünü təsdiqləyib.

Digər tərəfdən Nepal, Ukraynaya qarşı döyüşmək üçün təlim keçmiş 14 vətəndaşının öldüyü barədə məlumatı da paylaşaraq, Rusiya səlahiyyətlilərindən Ukraynaya qarşı döyüşmək üçün təlim keçmiş yüzlərlə vətəndaşının azad edilməsini istəyib.

Teqlər:

"Hindistan: V\u0259t\u0259nda\u015flar\u0131m\u0131z Rusiya ordusunda i\u015f v\u0259di il\u0259 aldad\u0131l\u0131b\u00a0"

Əlaqəli Xəbərlər