Kiyev Qərbi öz hərbi mütəxəssislərini Ukraynaya qaytarmağa çağırıb
"Qərb tərəfdaşlarımızı növbəti dəfə ölkəmizdə silahlı qüvvələrin döyüşçülərini hazırlayacaq hərbi mütəxəssislərini Ukraynaya göndərməyə çağırırıq".
"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
"Düzünü desəm, başa düşmürəm ki, Ukraynada təlim missiyaları məsələsi niyə bu qədər mübahisə doğurur? Bunun davam etməməsi üçün heç bir səbəb görmürəm. Mütəxəssislərinizi geri qaytarın, poliqonlarda hava hücumundan müdafiə sistemləri quraşdırın və bu olması lazım olan budur", - Kuleba Latviya, Litva, Fransa və Estoniya Xarici İşlər nazirliklərinin rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.
Kuleba qeyd edib ki, 2014-cü ildən 2022-ci ilə qədər Ukraynada geniş spektrli təlim missiyaları olub və onun çox səmərəli işlədiyinə inanır.