ABŞ və Serbiya hərbi əməkdaşlığın prioritetlərini müzakirə ediblər
ABŞ və Serbiya Vaşinqtonda keçirilən məsləhətləşmələrdə ikitərəfli hərbi əməkdaşlığın prioritetlərini nəzərdən keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Qarron Qarn məlumat verib.
"Görüşlərin iştirakçıları ikitərəfli təhlükəsizlik əməkdaşlığının prioritetlərini, o cümlədən təlimlər, hərbi təmaslar, texniki əməkdaşlıq, qlobal təhlükəsizliyə töhfələr və Serbiyanın Ohayo Milli Qvardiyası ilə uzunmüddətli tərəfdaşlığını müzakirə ediblər", - Pentaqonun sözçüsü yazılı şəkildə bildirib.
Onun sözlərinə görə, Serbiya Qərbi Balkanlarda regional əməkdaşlıq ideyalarını da təqdim edib. Qarn əlavə edib ki, ABŞ Qərbi Balkanlarda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin ən yaxşı yolu kimi Aİ-nin himayəsi altında dialoqun vacibliyini bir daha təsdiqləyib.