Ağcabədidə 4 ədəd kalibrli tüfəng polisə təhvil verilib
Nərmin Qocamanlı
Ağcabədi rayonunda vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya bildirilib ki, görülən işlərin nəticəsi olaraq daha 4 ədəd müxtəlif kalibrli tüfəng könüllü təhvil verilib. Vətəndaşlara bu nümunəvi davranışları üçün təşəkkür olunub.
Bundan başqa, ötən gün rayon ərazisindən aşkar olunan 1 ədəd "Kalaşnikov" markalı avtomat və xeyli sayda patron da polis əməkdaşları tərəfindən həmin ünvandan götürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net