Menyu

DGK sədrinin Zərdabda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Nərmin Qocamanlı
DGK sədrinin Zərdabda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun martın 15-nə nəzərdə tutulmuş vətəndaşlarla görüşü martın 14-nə keçirilib.

DGK-dən "Operativ Media"ya bildirilib ki, komitə sədri Şahin Bağırov martın 14-də saat 10:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Zərdab, Ucar, Ağdaş və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Görüş zamanı Zərdab, Ucar, Ağdaş və Kürdəmir rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar 195 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub) qəbula yazıla bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər