Menyu

13 yaşlı uşağı və anasını xilas edərkən suda boğulan polis serjantının oğluna medal təqdim olunub

Nərmin Qocamanlı
13 yaşlı uşağı və anasını xilas edərkən suda boğulan polis serjantının oğluna medal təqdim olunub
1 dəq oxu

Xidmətdən kənar vaxt ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölünün kənarında istirahət edərkən  suya atılaraq boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib, daha sonra uşağın anasını xilas etmək istəyərkən onunla bərabər suda boğulan polis serjantı Quliyev Vüsal Əbülfəz oğlunun  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi Azərbaycan Respublikasının “İgidliyə görə” medalı ailəsinə təqdim olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Medal Naxçıvan MR Daxili işlər naziri general-mayor  Süleyman Neymətov tərəfindən övladına təqdim edilib və bildirilib ki, fədakar, qəhrəman polis əməkdaşımızın  xatirəsi daim uca tutulacaq.

Vüsal Quliyevin atası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Əlaqəli Xəbərlər