Menyu

ABŞ helikopteri Meksikada qəzaya uğrayıb, 3 əsgər həlak olub

Nərmin Qocamanlı
ABŞ helikopteri Meksikada qəzaya uğrayıb, 3 əsgər həlak olub

ABŞ ordusuna məxsus helikopter Meksika sərhədində qəzaya uğrayıb. Nəticədə 3 əsgərin həyatını itirdiyi, 1 əsgərin isə yaralandığı bildirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Şimal Birgə İşçi Qrupundan açıqlama verilib.

Bildirilib ki, sərhəd təhlükəsizliyi missiyası zamanı Texas ştatının Rio Qreyd şəhəri yaxınlığında UH-72 Lakota model helikopterinin qəzaya uğrayıb.

Açıqlamada 2 Milli Qvardiya və 1 sərhəd zabitinin həyatını itirdiyi, 1 əsgərin yaralandığı və qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanıldığı qeyd olunub.

Rio Qreyd şəhərinin yerləşdiyi Starr rayon hakimi Eloy Vera yaralı əsgərin vəziyyətinin ağır olduğunu qeyd edib.

Teqlər:

"AB\u015e helikopteri Meksikada q\u0259zaya u\u011fray\u0131b 3 \u0259sg\u0259r h\u0259lak olub"

Əlaqəli Xəbərlər