Menyu

"BakuBus" MMC sosial şəbəkələrdə görüntüləri yayılan sürücünü işdən çıxardı

Əziz Əzizli
"BakuBus" MMC sosial şəbəkələrdə görüntüləri yayılan sürücünü işdən çıxardı

Sosial şəbəkələrdə “BakuBus” MMC-yə məxsus avtobusu idarə edən sürücünün xidmət zamanı tum çırtlaması və mobil telefonunda videoya baxmasını əks etdirən video görüntülər yayılıb.

"Operativ Media" xəbər verir ki, hadisə ilə bağlı "BakuBus" MMC məlumat yayıb. Məlumatda deyilir:

"Məsələ tərəfimizdən dərhal araşdırılmış, sürücünün “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli marşrut xəttinin sürücüsü Ceyhun Camalov olduğu müəyyənləşdirilmişdir. Qeyd olunan halın “BakuBus”ın xidmət qaydalarının kobud pozuntusu halı kimi qiymətləndirilmiş və onun Əmək qanunvericiliyinə uyğun olaraq işdən azad olunması barədə qərar qəbul edilmişdir. 

Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına Sizi əmin etmək istərdik. Fürsətdən istifadə edərək keyfiyyət standartlarını fəaliyyət prioriteti elan edən “BakuBus”ın bundan sonra da bu kimi hallara qarşı barışmaz olacağını bir  daha diqqətə çatdırır, sərnişinlərimizə müraciət edərək  bu kimi hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik"

Teqlər:

"\"BakuBus\" MMC sosial \u015f\u0259b\u0259k\u0259l\u0259rd\u0259 g\u00f6r\u00fcnt\u00fcl\u0259ri yay\u0131lan s\u00fcr\u00fcc\u00fcn\u00fc i\u015fd\u0259n \u00e7\u0131xard\u0131"

Əlaqəli Xəbərlər