Menyu

Bayden: Tramp seçkilərdə qalib gələrsə, diktator olmaq istəyir

Bayden: Tramp seçkilərdə qalib gələrsə, diktator olmaq istəyir
1 dəq oxu

ABŞ prezidenti Co Bayden (Demokratik Partiya) sələfi Donald Trampın (Respublika Partiyası) noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə diktator olmaq istədiyinə inanır.

"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin prezidenti Co Bayden Atlanta şəhərində keçirilən seçki kampaniyası zamanı deyib. 

"O, diktator olmaq istədiyini deyəndə, mən ona inanıram. O, bütün dünyada diktatorlara və avtoritar quldurlara rəğbət bəsləyir", - Bayden qeyd edib.

"Dünən o, Macarıstanın baş naziri Viktor Orbanı öz klubunda qəbul etdi, o, demokratiyanın işləmədiyini söyləyib və onu fantastik lider adlandırıb", - ABŞ prezidenti davam edib.

"O dedi ki, Şimali Koreya lideri Kim Çen In ona gözəl məktub yazıb. O, Çin prezidenti Si Tsinpinə yenidən zəng etməklə öyündü. Mən bu sitatları uydurmuram", - Bayden əlavə edib.

Əlaqəli Xəbərlər