Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açıqlacaq
Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açıqlacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
"2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur. Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək", - Tokayev qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net