Menyu

KİV: Yaponiya ABŞ Ukraynaya kömək edə bilsin deyə müdafiə istehsalını artıra bilər

KİV: Yaponiya ABŞ Ukraynaya kömək edə bilsin deyə  müdafiə istehsalını artıra bilər

"Yaponiya və Birləşmiş Ştatlar birgə müdafiə istehsal sistemini gücləndirməyə hazırlaşır, çünki Birləşmiş Ştatlarda istehsal gücü Ukraynaya davamlı hərbi dəstəyin artan təzyiqi altındadır". 

"Operativ Media" xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, müvafiq mövzu Yaponiyanın baş naziri Fumio Kişidanın aprel ayına planlaşdırılan Vaşinqtona səfəri və ABŞ prezidenti Co Baydenlə görüşü zamanı müzakirə olunacaq. Hər şeydən əvvəl tərəflər müdafiə müəssisələri arasında əməkdaşlığı gücləndirmək istəyirlər, çünki Birləşmiş Ştatlar Ukraynaya uzunmüddətli dəstək səbəbindən artilleriya mərmiləri və raket ehtiyatlarının tükənməsi ilə bağlı böhran hiss edir.

Bu baxımdan onlar Vaşinqtonun hazırda ən çox ehtiyac duyduğu müdafiə təyinatlı məhsulların siyahılarını razılaşdırmaq niyyətindədirlər. Nəşrin qeyd edib ki, söhbət ABŞ-nin Ukraynaya tədarük etdiyi haubitsalar üçün komponentlərdən gedir. Bəzi sursat növləri də siyahıya daxil edilə bilər. Bu, ABŞ-yə öz ehtiyatlarını artırmağa və digər resursları Kiyevə yardıma yönəltməyə imkan verəcək.

Teqlər:

"K\u0130V: Yaponiya AB\u015e Ukraynaya k\u00f6m\u0259k ed\u0259 bilsin dey\u0259 m\u00fcdafi\u0259 istehsal\u0131n\u0131 art\u0131ra bil\u0259r"

Əlaqəli Xəbərlər