Macarıstan: Qərb Ukrayna məsələsində Rusiya ilə razılığa gəlməlidir
ABŞ və Avropa İttifaqı Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə razılığa gəlməlidir ki, bu da gələcək onilliklər ərzində Rusiya ilə Qərb arasında münasibətlərdə təhlükəsizliyə zəmanət verəcək.
"Operativ Media" xəbər verir ki, bu fikri martın 8-də Floridadakı Mar-a-Laqo malikanəsində keçmiş ABŞ prezidenti Donald Trampla görüşdə ölkənin baş naziri Viktor Orbanı müşayiət edən Macarıstanın baş nazirinin siyasi müşaviri Balaz Orban deyib.
O qeyd edib ki, Kiyevə əsas hərbi və maliyyə yardımı göstərən Vaşinqton və Moskva arasında aparılan danışıqlar nəticəsində Ukrayna münaqişəsinə son qoyula bilər: "Əlbəttə, ukraynalıların özləri, avropalılar və lazım gələrsə, digər ölkələr də danışıqlarda iştirak etməlidir, lakin həlledici amil ABŞ-nin yanaşmasıdır".
"Biz həmçinin hesab edirik ki, ruslarla danışıqlar aparmalı və əvvəlcə atəşkəs barədə razılığa gəlməliyik, sonra isə atəşkəs imkanından Qərb, NATO və Rusiya arasında uzunmüddətli perspektivdə, gələcək onilliklər üçün təhlükəsizlik münasibətlərini həll etmək üçün istifadə etməliyik", - Balaz Orban qeyd edib.
O vurğulayıb ki, danışıqlar prosesi son dərəcə çətin olacaq, lakin buna nə qədər tez başlansa, bir o qədər çox insan həyatını xilas etmək mümkün olacaq. Bundan əlavə, danışıqlar yolu ilə Qərb cəbhə xəttində çox ciddi neqativ dönüş ehtimalını azalda biləcək.
Teqlər:
"Macar\u0131stan: Q\u0259rb Ukrayna m\u0259s\u0259l\u0259sind\u0259 Rusiya il\u0259 raz\u0131l\u0131\u011fa g\u0259lm\u0259lidir"