Menyu

ABŞ səfirliyinin əməkdaşlarını Haitidən təxliyə edib

ABŞ səfirliyinin əməkdaşlarını Haitidən təxliyə edib

ABŞ iğtişaşlar fonunda öz səfirliyinin əməkdaşlarını Haitidən təxliyə etmək qərarına gəlib. 

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Birləşmiş Ştatlar həmçinin ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Haitiyə dəniz piyadalarından ibarət elit qrup göndərmək niyyətindədir.

Martın 9-da Haitinin paytaxtı Port-o-Prinsdə yerli dəstələr prezident sarayına hücum ediblər. Həmçinin, cinayətkar qruplar Daxili İşlər Nazirliyinin və polis idarəsinin binasına da basqın ediblər.

Teqlər:

"AB\u015e s\u0259firliyinin \u0259m\u0259kda\u015flar\u0131n\u0131 Haitid\u0259n t\u0259xliy\u0259 edib"

Əlaqəli Xəbərlər