Menyu

Almaniyada maşinistlər son 4 ayda 6-cı dəfə tətil edəcəklər

Əziz Əzizli
Almaniyada maşinistlər son 4 ayda 6-cı dəfə tətil edəcəklər

Alman Maşinistlər İttifaqı (GDL) Alman Dəmir Yolları (Deutsche Bahn) ilə əmək haqqı və iş saatları ilə bağlı davam edən mübahisədə son 4 ayda 6-cı dəfə tətil etmək qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, GDL tərəfindən edilən açıqlamaya görə, sürücülər Alman Dəmir Yollarındakı rəhbərliyi inflyasiyaya qarşı daha yaxşı maaş verməyə məcbur etmək üçün 24 saatlıq xəbərdarlıq tətili keçirəcəklər.

Yeni tətil Almaniya Dəmir Yolları ilə GDL arasında əmək haqqı mübahisəsi ilə bağlı son 4 ayda 6-cı tətil olacaq.

Açıqlamada, Alman Dəmir Yollarının 10 Mart 2024-cü il saat 18:00-a qədər yazılı təklif təqdim etmək üçün təyin etdiyi son müddəti "heç bir şey etmədən" qaçırdığı və Alman Dəmir Yollarının GDL-ni tətilə məcbur etdiyi irəli sürülüb.

Teqlər:

"Almaniyada ma\u015finistl\u0259r son 4 ayda 6-c\u0131 d\u0259f\u0259 t\u0259til ed\u0259c\u0259kl\u0259r"

Əlaqəli Xəbərlər