Menyu

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub

Əziz Əzizli
Ağdaşda ölümlə nəticələnən yol qəzası olub
1 dəq oxu

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, martın 11-də saat 01 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-2104” markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

Müxtəlif bədən xəsarətləri alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Qəhrəmanov Ceyhun Vəli oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb

Əlaqəli Xəbərlər