Menyu

Masallıda 3 nəfər dəm qazından boğularaq ölüb

Nərmin Qocamanlı
Masallıda 3 nəfər dəm qazından boğularaq ölüb

Martın 11-də Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı qeyd olunan evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Teqlər:

"Masall\u0131da 3 n\u0259f\u0259r d\u0259m qaz\u0131ndan bo\u011fularaq \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər