Menyu

Sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 70 nəfər barəsində tədbir görülüb

Nərmin Qocamanlı
Sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 70 nəfər barəsində tədbir görülüb

Həftəsonu Respublika yollarında sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 70 şəxs DYP əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülmüşdür. 

"Operativ Media" xəbər verir ki, bu barədə DYP məlumat yayıb.

Təəssüflər olsun ki, bu cür qanunsuz hərəkətlərə yol verən şəxslər həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atır ki, əksər hallarda bu əməllərin sonu ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir.

Bir daha bütün yol hərəkəti iştirakçılarından xahiş edirik ki, yollarda diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər