Menyu

Ali məktəblərdə hansı müasir ixtisaslar tədris olunmalıdır?

Nərmin Qocamanlı
Ali məktəblərdə hansı müasir ixtisaslar tədris olunmalıdır?

Tez-tez yeni texnologiyalar yaradılır, lakin bir çox halda bu texnologiyalardan məlumatlı olan mütəxəssis tapmaqda çətinlik yaşanılır. Bu səbəbdən universitetlərdə müasir dövrün tələblərinə uyğun ixtisasların da yaranmasına da ehtiyac yaranır.

Bəs universitetlərdə hansı yeni ixtisaslar yaradılmalıdır?

Bu barədə təhsil eksperti Elçin Əfəndi  "Operativ Media"ya açıqlamasında deyib ki, universitetlərdə daha çox İT yönümlü ixtisaslar tədris olmalıdır:

"Eyni zamanda maliyyə menecmenti, dron mühəndisi ixtisasları olmalıdır. III ixtisas qrupunda və digər bütün qruplarda pedaqoji ixtisas mütləq saxlanılmalıdır. Amma digər qruplarda həmçinin maliyyə yönümlü, kommunikasiyanın düzgün qurulması kimi ixtisasların olması vacibdir. Bundan başqa, marketinq sahəsi populyardır və rəqəmsal marketinqə də parçalanıb. Bunlar ayrıca olaraq magistr pilləsində tədris olunur. Ancaq düşünürəm ki, bakalavrda da bu ixtisaslar yaradılmalıdır və bunun əsasında konkret ixtisas sahibləri formalaşmalıdır.Hətta smart evlər var ki, onlarla işləməyi bacaran mühəndislərin yetişməsi üçün ixtisaslar yaradıla bilər. Eyni zamanda robot texnologiyası, süni intellekt üzrə ixtisasların açılmasına və bu ixtisaslar üzrə kadr hazırlığına ehtiyac var".

Sevinc İbrahimzadə

Teqlər:

"Ali m\u0259kt\u0259bl\u0259rd\u0259 hans\u0131 m\u00fcasir ixtisaslar t\u0259dris olunmal\u0131d\u0131r?"

Əlaqəli Xəbərlər