Menyu

Polşalı fermerlər Ukrayna sərhədində avtobusların keçidinə mane olublar

Nərmin Qocamanlı
Polşalı fermerlər Ukrayna sərhədində avtobusların keçidinə mane olublar

Polşada Aİ-nin Ukrayna ilə azad ticarətinə etiraz edən fermerlər sərnişin avtobuslarının Ukrayna sərhədindən keçməsinə mane olublar.

"Operativ Media" xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Ukraynalı sürücülərin jurnalistlərə verdiyi məlumata görə, etirazçılar hazırda Ukraynadan Polşaya avtobusları buraxmır və Yaqodin-Doroqusk keçid məntəqəsindən geri qayıdırlar.

Qeyd edək ki, mart ayında Varşavada etirazçılar Seym binasına basqın edərək Avropa İttifaqının bayrağını yandırıblar.

Martın 10-da fermerlər Ukrayna sərhədindəki Krakovets keçid məntəqəsinin blokunu açıblar, lakin üç gün ərzində blokadanı bərpa edəcəklərini vəd ediblər.

Əlaqəli Xəbərlər