Menyu

Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə silkələnmə baş verib, 50 nəfər yaralanıb

Nərmin Qocamanlı
Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə silkələnmə baş verib, 50 nəfər yaralanıb

Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə yaranan texniki nasazlıq nəticəsində silkələnmə baş verib. Hadisə zamanı təxminən 50 nəfər xəsarət alıb.

"Operativ Media" xəbər veriri ki, bu barədə "New Zealand Herald" məlumat  yayıb.

Bildirilib ki, Sidneydən Oklendə uçan Çilidə yerləşən Latam Hava Yollarına məxsus təyyarə texniki nasazlıq səbəbindən havada olarkən güclü silkələnmə yaşayıb.

Təyyarədə baş verən silkələnmə nəticəsində 50-yə yaxın adam xəsarət alıb.

Oklend hava limanına enən təyyarədə yaralananlara tibbi yardım göstərilib, 13 nəfər xəstəxanaya çatdırılıb.

Sərnişinlərdən biri texniki nasazlıq səbəbindən yaşanan şoku ani yıxılma ilə müqayisə edib.

Latam Hava Yolları tərəfindən edilən şərhdə isə qeyd olunub ki, təyyarə planlaşdırıldığı kimi Oklend Hava Limanına eniş etdi. Hadisədən bəzi sərnişinlər və kabin heyəti mənfi təsirləndi".

Texniki nasazlıqla bağlı təfərrüatlara yer verilməyib.

Teqlər:

"Avstraliyadan Yeni Zelandiyaya u\u00e7an t\u0259yyar\u0259d\u0259 silk\u0259l\u0259nm\u0259 ba\u015f verib 50 n\u0259f\u0259r yaralan\u0131b"

Əlaqəli Xəbərlər