Menyu

Bayram günlərində bölgələrdə hotel qiymətləri neçəyədir?

Nərmin Qocamanlı
Bayram günlərində bölgələrdə hotel qiymətləri neçəyədir?

“Bayram ərəfəsində regionlarda fəaliyyət göstərən hotellərdə qiymətlər 25-40 faiz arası artıb”.

Bunu “Operativ Media”ya açıqlamasında turizm üzrə ekspert Elgün Babayev deyib.

Ekspertin sözlərinə görə, Novruz bayramı ilə əlaqədar uzunmüddətli tətil günləri üçün ölkədaxili turlara tələbat artıb:

“Əsas üstünlük verilən ərazilər arasında olan Quba və Qusar ilk sıralardadır. 5 ulduzlu hotellər 150-250 manat arasında dəyişir. Bura səhər yeməyi və 2 nəfərlik qonaqlama daxildir. 4 ulduzlu hotellər şimal bölgəsində 120-150 manatdır. Digər vaxtlarda isə qiymətlər 30-40 faiz aşağı düşür. Cənub bölgəsində isə qiymətlər nisbətən münasibdir. Belə ki, 2 nəfər üçün 5 ulduzlu hotellərin qiyməti 150-200 manat, 4 ulduzlu hotellər isə 80-120 manat arası dəyişir”.

Elgün Babayev deyir ki, Qəbələ və İsmayıllı istiqamətləri üzrə də qiymətlər yüksəlib. Zaqatala və Balakəndə də bu il qiymətlər artıb:

“Şəki, Qax, Zaqatala, Balakən bölgəsində 5 ulduzlu hotellər 150-170 manat arasında dəyişir. Bura 2 nəfərlik qonaqlama və səhər yeməyi daxildir. İsmayıllıda və Şamaxıda isə 5 ulduzlu hotellər yaxın məsafə olduğuna görə nisbətən bahadır. 200-250 manat arası dəyişən qiymətlər mövcuddur. Bura da yenə 2 nəfərlik qonaqlama və səhər yeməyi daxildir. Qonaqlar spa xidmətlərindən, eyni zamanda fitnesdən istifadə edə bilərlər. Hotelin tərkibində olan uşaq əyləncə mərkəzlərindən istifadə bu qiymətə daxildir".

"Bayram günlərində ölkəxarici turlara da tələbat az deyil. Vətəndaşlar daha çox qonşu ölkələrdə - Türkiyə, Rusiya və Gürcüstanda istirahətə üstünlük verirlər”, - o, qeyd edib.

Teqlər:

"Bayram g\u00fcnl\u0259rind\u0259 b\u00f6lg\u0259l\u0259rd\u0259 hotel qiym\u0259tl\u0259ri ne\u00e7\u0259y\u0259dir?"

Əlaqəli Xəbərlər