Menyu

AZAL-ın Ankara-Bakı təyyarəsi texniki səbəbdən gecikir

AZAL-ın Ankara-Bakı təyyarəsi texniki səbəbdən gecikir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Ankara-Bakı marşrutu üzrə J2 8004 reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəbdən gecikir.

“Operativ Media” AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, reysin sərnişinləri Esenboğa Beynəlxalq Hava Limanına yaxın hoteldə yerləşdiriləcək və aviaşirkətin qaydalarına uyğun olaraq qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər