Litvada Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib
Litvada diplomatik avtomobillər və Litva üzərindən Rusiyanın Kalininqrad vilayətinə gedib-gələn nəqliyyat vasitələri istisna olmaqla, Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Litva Gömrük İdarəsi açıqlama yayıb.
Açıqlamaya görə, martın 11-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə edənlər qanunvericiliyi pozmuş hesab olunacaq və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.
Açıqlamada Litvada təxminən 50 Rusiya nömrəli avtomobilin olduğu və bu vasitələrin sahiblərinin 6 min 561 dollara qədər pul cəzası ilə üzləşdiyi və ölkəni tərk etmədikləri təqdirdə bu vasitələrin müsadirə ediləcəyi bildirilib.
Litva üzərindən Rusiyanın Kalininqrad vilayətinə gedən və ya bu bölgədən gələn Rusiya vətəndaşlarının müvafiq sənədləri olması və Litva ərazisindən tranzitin 24 saatdan çox davam etməməsi şərti ilə qadağadan azad ediləcəyi bildirilib.
Bundan əlavə, diplomatik avtomobillər də qadağadan azad ediləcək.
Litva 2023-cü ilin sentyabrında Avropa Komissiyasının tövsiyəsi ilə Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib.
Teqlər:
"Litvada Rusiya d\u00f6vl\u0259t n\u00f6mr\u0259 ni\u015fanl\u0131 avtomobill\u0259rd\u0259n istifad\u0259 qada\u011fan edilib"