Menyu

Politico: Makron Rusiya siyasətində müttəfiqləri ilə fikir ayrılığına görə Kiyevə səfərini təxirə salıb

Politico: Makron Rusiya siyasətində müttəfiqləri ilə fikir ayrılığına görə Kiyevə səfərini təxirə salıb

Fransa prezidenti Emmanuel Makron müttəfiqləri ilə Rusiya siyasətində fikir ayrılığı səbəbindən Ukraynaya planlaşdırılan səfərini təxirə salıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Politico" fransız diplomata istinadən yazır.

Nəşrin yazdığına görə, Fransa lideri Rusiyaya qarşı daha aqressiv siyasətinə görə müttəfiqləri ilə yaranmış gərginlik səbəbindən Ukraynaya çoxdan planlaşdırılan səfərini ləğv edib. İddia olunur ki, Makron indi Ukraynaya "məqbul nəticələrlə" səfər etmək üçün müttəfiqlərlə danışıqlara lazımi vaxtı ayırmaq istəyir.

"Müxtəlif koalisiyaları yaratmaq və onların tərəfdaşlarımız qarşısında əməliyyat öhdəliklərini müəyyən etmək bir az vaxt tələb edir", - diplomat bildirib.

Daha əvvəl "La Tribune" qəzeti Fransa liderinin administrasiyasındakı mənbəyə istinadən xəbər vermişdi ki, Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun Ukraynaya artıq fevraldan martın ortalarına təxirə salınmış səfərinin tarixlərini yenidən dəyişdirə bilər. Nəşrin məlumatına görə, buna Yunanıstanın baş nazirinin bu şəhərə səfəri zamanı Odessa limanı yaxınlığında baş verən partlayışlar səbəb olub. 

Teqlər:

"Politico: Makron Rusiya siyas\u0259tind\u0259 m\u00fctt\u0259fiql\u0259ri il\u0259 fikir ayr\u0131l\u0131\u011f\u0131na g\u00f6r\u0259 Kiyev\u0259 s\u0259f\u0259rini t\u0259xir\u0259 sal\u0131b"

Əlaqəli Xəbərlər