Menyu

Respublikaçılar: Baydenin büdcə tələbini indiki formada qəbul etməyəcəyik

Respublikaçılar: Baydenin büdcə tələbini indiki formada qəbul etməyəcəyik

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar ABŞ prezidenti Co Bayden administrasiyasının 2025-ci maliyyə ili (1 oktyabr 2024-cü ildən 30 sentyabr 2025-ci il tarixinə qədər) büdcə tələbini indiki formada qəbul etməyəcəklərini bildiriblər.

"Operativ Media" xəbər verir ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson mövzu ilə bağlı qeyd edib: 

"Prezident Baydenin təklif etdiyi büdcənin dəyəri, hazırkı administrasiyanın ehtiyatsız xərcləmələrə və Demokratların fiskal məsuliyyətə biganəliyinə daha bir parlaq xatırlatmadır. Baydenin büdcəsi təkcə qüsurlu deyil, həm də Amerikanın tənəzzülünü sürətləndirmək planıdır".

"Palata Respublikaçıları Baydenin səhv büdcə tələbini rədd edir və ölkəni fiskal sağlamlığa qaytarmaq üçün tədbirlər görürlər", - deyə əlavə edilib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər