Menyu

ABŞ 2025-ci ildə Tayvana 100 milyon dollar hərbi yardım ayıra bilər

ABŞ 2025-ci ildə Tayvana 100 milyon dollar hərbi yardım ayıra bilər

Amerika administrasiyası 2025-ci maliyyə ilində Tayvana hərbi yardım göstərmək üçün 100 milyon dollar ayırmağı gözləyir. 

"Operativ Media" xəbər verir ki, bu məlumat Ağ Evin açıqladığı və ABŞ Konqresinin müzakirəsinə göndərdiyi növbəti maliyyə ili üçün federal büdcə layihəsində yer alıb.

Qeyd edilib ki, hökumətin icraedici qolu 2025-ci ildə Amerika ittifaqlarını və tərəfdaşlıqlarını dəstəkləyən daha azad, daha açıq, təhlükəsiz və bir-biri ilə əlaqəli Hind və Sakit Okean regionu yaratmaq üçün 4 milyard dollardan çox vəsait ayırmağı təklif edib. Sənəddə deyilir: "Bura ikitərəfli və regional əsasda göstərilən 2,1 milyard dollar xarici yardım, o cümlədən Tayvana hərbi yardım üçün ayrıca müraciət üçün 100 milyon dollar daxildir".

Teqlər:

"AB\u015e 2025-ci ild\u0259 Tayvana 100 milyon dollar h\u0259rbi yard\u0131m ay\u0131ra bil\u0259r"

Əlaqəli Xəbərlər