Menyu

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
1 dəq oxu

Martın 11-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər