Menyu

"Blue Origin" 2025-ci ildə Aya eniş aparatını buraxacaq

Nərmin Qocamanlı
"Blue Origin" 2025-ci ildə Aya eniş aparatını buraxacaq

"Blue Moon" aya eniş aparatının ilk dəfə 2025-ci ildə buraxılması planlaşdırılır.

"Operativ Media" xəbər verir ki, bunu "Blue Origin"in baş vitse-prezidenti Con Coulouris bildirib.

O, aparatın 12-16 ay ərzində Aya enməsini gözlədiyini söyləyib.

Qeyd edək ki, 2023-cü ilin mayında NASA "Artemis" missiyası üçün ikinci Aya eniş aparatını qurmaq məqsədilə "SpaceX"in rəqibi "Blue Origin"i seçib. Müqavilənin dəyəri 3,4 milyard dollardır. Bu məbləğə görə şirkət "Artemis 5" missiyasının bir hissəsi kimi astronavtları Aya daşımaq üçün nəzərdə tutulmuş və "Gateway" Ay stansiyasında yerləşmə qabiliyyətinə malik "Blue Moon" modulunu hazırlamalıdır.

Teqlər:

"\"Blue Origin\" 2025-ci ild\u0259 Aya eni\u015f aparat\u0131n\u0131 buraxacaq"

Əlaqəli Xəbərlər